logo
logo logo
logo

Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı ARTDI

21:51 - 21 Avqust 2026

Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı ARTDI

Xəbər verdiyimiz kimi, Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.


Manset.az xəbər verir ki, pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün Teleqram kanalında bildirib.

"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.

Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.

"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az