logo
logo logo
logo

Putin Ukrayna ilə sülh üçün şərtini açıqladı

08:00 - 23 Avqust 2026

Putin Ukrayna ilə sülh üçün şərtini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Kiyev arasında sülh danışıqları ilə bağlı açıqlama verib.


Manset.az-ın məlumatına görə, Putin “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, Rusiyaya çatdırılan bəzi sülh təklifləri “ekzotik” xarakter daşıyır və Moskva üçün qəbuledilməzdir.

Rusiya lideri bununla belə, ölkəsinin sülh danışıqlarına hazır olduğunu vurğulayıb:

“Sülh məsələsində danışıqlara hər zaman hazırıq, amma yalnız sahədə formalaşmış reallıqlar əsasında.”

Putin Ukraynanın raket və pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar həyata keçirərək 40 gün ərzində ölkəyə “strateji məğlubiyyət” yaşatmaq planında olduğunu iddia edib. O, bunu Kiyev və onun Qərbdəki tərəfdaşlarının “yeni macərası” adlandırıb.

Rusiya Prezidenti Moskvanın buna cavab olaraq, o cümlədən Kiyevdəki hərbi-sənaye müəssisələrinə zərbələri artırdığını bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiya iqtisadiyyatına zərər vurmaq cəhdlərinə qarşı da tədbirlər görülür.

Putin Kiyevin hazırkı vəziyyətdən çıxmaq üçün vasitəçilər üzərindən təşəbbüslər göstərdiyini deyib və əlavə edib ki, yaranmış vəziyyətə Ukrayna rəhbərliyinin öz addımları səbəb olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az