logo
logo logo
logo

Növbədənkənar parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDİ

19:44 - 23 Avqust 2026

Növbədənkənar parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDİ

Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.


Manset.az xəbər verir ki, 10 mindən çox seçki məntəqəsi bağlanıb, səslərin sayılmasına başlanılıb.

Xaricdə bir sıra seçki məntəqələrinin işi davam edir. Onların respublikanın diplomatik nümayəndəliklərinin ərazisində yerli vaxtla saat 20:00-dək işlərini yekunlaşdıracaqları gözlənilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Astana vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 17:00-a) qədər seçkilərdə seçicilərin 72,15 %-i iştirak edib ki, bu da 2023-cü il parlament seçkilərinin nəticəsindən yüksəkdir - o zaman səsverməyə seçicilərin 54,21 %-i qatılmışdı.

Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.



12:00


Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir. 


Manset.az xəbər verir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyətə başlayır. 

Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb. Səsvermə səhər saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Bununla yanaşı, bəzi seçki məntəqələrində, məsələn, hərbi hissələrdə, fasiləsiz fəaliyyət göstərən istehsalat müəssisələrində, növbəli iş qəsəbələrində, istirahət evlərində, sanatoriyalarda, xəstəxanalarda və digər bu kimi yerlərdə seçki məntəqəsi komissiyası seçici siyahısına daxil edilmiş bütün vətəndaşların səs verməsi halında səsverməni istənilən vaxt başa çatmış elan edə bilər.

Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir. Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: "Ədalət", "Aul", "Baytak", "Ak Jol", Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və "Respublika". 

Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası saat 10.00-a seçici fəallığının 17,96% olduğunu açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az