logo
logo logo
logo

Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi

16:18 - 23 Avqust 2026

Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi

Türkiyənin ən isti şəhərlərindən biri olan Şanlıurfada yüksək temperatur gündəlik həyata təsirsiz ötüşməyib.


Manset.az TRT-yə istinadən xəbər verir ki, şəhərdə termometrlər 46 dərəcəni göstərib.

İstidən qorunmağa çalışan sakinlərin parklara və yaşıllıq ərazilərə üz tutduğu müşahidə olunub.

Bəzi vətəndaşlar günəş şüalarından qorunmaq üçün çətir və papaqlardan istifadə ediblər.

Yüksək temperaturun təsirini azaltmaq məqsədilə şəhərdəki avtobus dayanacaqlarında ventilyator sistemləri də işə salınıb.

Güclü istilər səbəbindən şəhərin bəzi ərazilərində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətinin azaldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az