logo
logo logo
logo

İrana Məkkə sazişinə qoşulmaq təklifi verildi

16:46 - 23 Avqust 2026

İrana Məkkə sazişinə qoşulmaq təklifi verildi

İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.


Manset.az xəbər verir ki, bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi Al Mayadeen telekanalına müsahibəsində bildirib.

Rəhimiyə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında "təhlükəsizlik çətiri"nin yaradılması İranın maraqlarına uyğundur. Rəhimiyə görə, Tehran uzun müddətdir ki, buna çağırış edir.

Onun sözlərinə görə, ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək barədə verdiyi vədləri yerinə yetirmək əvəzinə, onların təhlükəsizliyini təhdid edir.

Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Sazişi ABŞ Prezidenti Donald Tramp dəstəkləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az