logo
logo logo
logo

Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı

22:38 - 23 Avqust 2026

Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı

Avropada anomal istilər və quraqlıq genişmiqyaslı meşə yanğınlarına səbəb olmaqla yanaşı, yeni ölümcül təhlükəni də üzə çıxarıb. Söhbət Birinci və İkinci Dünya müharibələrindən qalan partlamamış mərmilərdən və digər döyüş sursatlarından gedir.


Manset.az bu barədə Euronews telekanalına istinadən xəbər verir.

Qərbi Avropanın, o cümlədən Almaniyanın böyük ərazilərində yanğınlar baş verib. Yanğınsöndürənlər isə alovla mübarizə zamanı torpaqda qalmış köhnə sursatların partlama təhlükəsi ilə getdikcə daha çox üzləşirlər. Vaxtilə şiddətli döyüşlərin getdiyi bəzi ərazilərdə hələ də külli miqdarda partlamamış sursat qalır.

Belçika, Almaniya, Niderland və Fransada köhnə döyüş sursatlarının partlaması barədə məlumatlar daxil olub. Yüksək temperaturun özü də bəzi hallarda nəzarətsiz partlayışlara səbəb olaraq yeni yanğınların yaranmasına gətirib çıxarır.

Almaniyanın şərqində yanğınsöndürənlər köhnə partlamamış mərmilər səbəbindən meşə yanğınlarının söndürülməsi işlərini dəfələrlə dayandırmalı olublar. Bu vəziyyətə bu ilin yayında Meklenburq-Ön Pomeraniya federal torpağındakı Müritz Milli Parkında da rast gəlinib.

Orada meşə yanğınının sahəsi 380 hektardan çox olub. Yanğının söndürülməsinə hətta Bundesver də cəlb edilib, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunublar. 1945-1993-cü illərdə Sovet ordusu qoruğun bir hissəsindən hərbi poliqon kimi istifadə edib. Buna görə də ərazidə həmin dövrdən qalan sursatlar mövcuddur.

Vəziyyət Brandenburqda daha təhlükəlidir. 1945-ci ildə burada Qırmızı Ordu ilə Vermaxt arasında şiddətli döyüşlər gedib. Hazırda meşə yanğınları zamanı İkinci Dünya müharibəsindən qalan mərmilərin, demək olar ki, mütəmadi olaraq partladığı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az