logo
logo logo
logo

Türkiyəli aktrisadan boşanmada ŞOK TƏLƏB

13:42 - 24 Avqust 2026

Türkiyəli aktrisadan boşanmada ŞOK TƏLƏB

Türkiyəli tanınmış aktrisa Deniz Baysal ilə musiqiçi Barış Yurtçunun 7 illik nikahının sona çatması ilə bağlı yeni iddialar ortaya çıxıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, Yurtçu qarşılıqlı razılaşma əsasında boşanmağa razı olmayıb və yüksək məbləğdə maddi tələb irəli sürüb. Musiqiçi barəsində səsləndirilən “xəyanət” iddiasına isə vəkili vasitəsilə cavab verilib.

Deniz Baysal və Barış Yurtçunun boşanma prosesində yeni inkişafların yaşandığı bildirilir. İyulun əvvəlində İstanbul Ədliyyə Sarayına müraciət edərək boşanma iddiası qaldıran Baysaldan sonra Yurtçunun da vəkili vasitəsilə məhkəmə işinə cavab verdiyi iddia olunur.

Məlumata görə, Yurtçu məhkəməyə təqdim etdiyi cavab ərizəsində qarşılıqlı razılaşma əsasında boşanma təklifini qəbul etməyib və bir sıra tələblər irəli sürüb. Həmin tələblər arasında Baysaldan yüksək məbləğdə pul istənildiyi də iddia olunur. Lakin məhkəmə işinə məxfilik qərarı verildiyi üçün Yurtçunun tələblərinin təfərrüatları ictimaiyyətə açıqlanmayıb.

Cütlüyün arasında təxminən iki ildir problemlər yaşandığı da iddialar arasındadır. Baysalın nikahı qorumaq və yaranmış problemləri aradan qaldırmaq üçün uzun müddət səy göstərdiyi, lakin proses ərzində özünü tənha hiss etdikdən sonra boşanmaq qərarına gəldiyi irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az