Macarıstan ordusuna məxsus “Gripen” tipli döyüş təyyarəsi ölkənin Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, Macarıstan Müdafiə Qüvvələrinə məxsus təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Pilot katapult oturacağından istifadə edərək təyyarəni tərk edib və xilas olub.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb. Müdafiə naziri Romulus Ruszin-Szendi hadisə yerinə yollanıb.
Baş nazirin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə zamanı heç kim xəsarət almayıb və mülki infrastruktura ziyan dəyməyib.