logo
logo logo
logo

Norveç kralının vəziyyəti pisləşdi

15:29 - 24 Avqust 2026

Norveç kralının vəziyyəti pisləşdi

Norveç Kral Sarayının yaydığı rəsmi açıqlamada bir müddətdir səhhətində problemlər yaşayan 89 yaşlı Kral V Haraldın həftəsonu vəziyyətinin pisləşdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 1991-ci ildən taxtda olan və bir neçə həftədir xəstəlik məzuniyyətində olan Kral V Harald ötən həftə xəstəxanaya yerləşdirilib. Norveç Kral Sarayı açıqlamasında kralın qanında aşkarlanan bakterial infeksiyaya görə antibiotik müalicəsi aldığı və müalicəyə cavab verdiyi qeyd olunub.

Açıqlamaya görə, kralın vəziyyəti hazırda sabitdir. Bu müddətdə kral ailəsinə aid rəsmi vəzifələri 53 yaşlı Vəliəhd Şahzadə Haakon kral naibi kimi icra edir.

Ötən həftə verilən məlumata əsasən, Kral V Haraldın hemolitik anemiyadan əziyyət çəkdiyi və kortizonla müalicə aldığı açıqlanıb. Kortizon müalicəsinin bədəndə ödemə səbəb olması ilə əlaqədar xəstəxanaya yerləşdirilən kral son illərdə bir neçə dəfə tibbi müalicə alıb.

qeyd edək ki, V Harald atası Kral V Olavın 17 yanvar 1991-ci ildə vəfat etməsindən sonra taxta çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az