logo
logo logo
logo

Almaniyada təyyarə qəzaya uğradı - Pilot xilas edildi

17:36 - 24 Avqust 2026

Almaniyada təyyarə qəzaya uğradı - Pilot xilas edildi

Almaniyanın Bavariya əyalətinin Oberallqoy rayonunda uçuş zamanı mühərriki dayanan kiçik təyyarə təcili eniş zamanı qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilot Waltenhofen ərazisində mühərriki qəfil dayanan təyyarəni əkin sahəsinə endirməyə çalışıb. Lakin eniş zamanı şassi sınıb, təyyarənin burnu torpağa batıb və hava gəmisi bir neçə dəfə çevrilərək tərs vəziyyətdə qalıb.

Ağır zədələnən təyyarədən öz imkanları ilə çıxan pilot ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Ultralayt sinfinə aid təyyarə daha sonra ərazidən hissələrə bölünərək götürülüb.

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az