logo
logo logo
logo

Nyu-Cersidə baş verən atışma - Ölənlər var

20:55 - 30 Avqust 2026

Nyu-Cersidə baş verən atışma - Ölənlər var

ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən atışmada iki nəfər ölüb, doqquz sakin yaralanıb.


Manset.az NBC News-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər bazar gününə keçən gecə barbekü ziyafətinə toplaşan yerli sakinlərə atəş açıblar. Şahidlərin sözlərinə görə, tədbirdə 150-yə yaxın insan olub.

Hadisə yerinə polis, müstəntiqlər və tibb işçiləri cəlb edilib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bazar günü səhər tezdən polis hadisə yerindən təxminən iki mil aralıda yerləşən "Capital Health" Regional Tibb Mərkəzinin girişini mühasirəyə alıb. Atışma zamanı mərkəzin yaxınlığında park edilmiş avtomobilə də ziyan dəyib.

İş üzrə istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az