logo
logo logo
logo

“İran uğursuz dövlətdir”

18:30 - 31 Avqust 2026

“İran uğursuz dövlətdir”

ABŞ Prezidenti Donald Tramp İranın "uğursuz dövlət" və "ölü" olduğunu iddia edərək, İran rəhbərlərinin "xaos içində" olduğunu və ölkəni layiqincə təmsil edə bilmədiklərini bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Tramp bəyan etdi ki, ABŞ-ın İranın Larak adasına endirdiyi zərbədən sonra İranın bölgədəki Amerika bazalarına qarşı həyata keçirdiyi cavab tədbirlərinə ABŞ cavab verəcək. Tehran administrasiyasına qarşı təhdidlərini təkrarlayan Tramp, "Biz onlara sərt şəkildə cavab verəcəyik", - dedi.

Tramp həmçinin sosial media hesabı vasitəsilə İranla bağlı bəyanat yayıb. İranın "uğursuz dövlət" olduğunu və "məhv olduğunu" iddia edən Tramp bunları söyləyib:

İran rəsmən uğursuz dövlətdir. O, məhv olub! Onların nə hərbi-dəniz qüvvələri, nə hərbi-hava qüvvələri, nə də milli valyutası var, onlar əsgərlərinə və ya polislərinə maaş vermirlər, inflyasiya 300 faiz təşkil edir və ölkə rəhbərliyi tam xaos içindədir — onlar ölkəni layiqincə təmsil etmək iqtidarında deyillər.

Onların əlində olan yeganə şey ABŞ-dan gələn saxta xəbərlər, öz etirazçılarını öldürmək istəyi (indiyədək 100 mindən çox insan həlak olub — onlar insanlığa qarşı cinayətlərə görə mühakimə olunmalıdırlar!) və bir sıra "cəfəngiyyat"dır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az