logo
logo logo
logo

Ukrayna Novorossiyski vurdu - 4 ölü, 29 yaralı 

11:48 - 09 Sentyabr 2026

Ukrayna Novorossiyski vurdu - 4 ölü, 29 yaralı 

Ukraynanın Novorossiyskə gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində 4 nəfər, o cümlədən bir uşaq həlak olub, daha 29 nəfər yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Hücum nəticəsində Novorossiyskdə 5 çoxmərtəbəli yaşayış binasına, 3 fərdi evə, həmçinin məbəd və uşaq bağçasının binalarına ziyan dəyib. Hazırda hadisə yerində operativ xidmətlər çalışır.

Qubernatorun sözlərinə görə, hücum nəticəsində Anapada da 3 fərdi evə və uşaq bağçasına ziyan dəyib.

“Dnipro Osint” layihəsi isə Novorossiyskdə mazut terminalının ərazisində ən azı bir rezervuarın zədələndiyini bildirib. Layihənin məlumatına görə, şəhərin taxıl terminalının yerləşdiyi əraziyə də zərbə endirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az