logo
logo logo
logo

Hörmüz boğazında gərginlik artır - "Məhdudlaşdırılmış zona" yaradılacaq

16:55 - 09 Sentyabr 2026

Hörmüz boğazında gərginlik artır - \"Məhdudlaşdırılmış zona\" yaradılacaq

ABŞ ilə İran arasında gərginlik günbəgün artır. İran ABŞ-nin tətbiq etdiyi mühasirəyə cavab olaraq Hörmüz boğazından kənarda, Çabahardan Oman körfəzi və Ərəb dənizinə qədər uzanan geniş su hövzəsində “məhdudlaşdırılmış zona” yaratmaq qərarına gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran və ABŞ arasında gərginliyin davam etdiyi bir vaxtda İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı yeni qərarını açıqlayıb.

İran İnqilab Keşikçiləri Ordusu ABŞ-nin mühasirəsinə cavab olaraq Hörmüz boğazından kənarda, Çabahardan Oman körfəzi və Ərəb dənizinə qədər uzanan geniş su hövzəsində “məhdudlaşdırılmış zona” yaradacağını bildirib.

İran mətbuatının məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun sözçüsü, general-mayor Hüseyn Mühəbbi İranın ABŞ-nin mühasirəsinə cavab olaraq dənizdə yaradacağı məhdudlaşdırılmış zona ilə bağlı açıqlama verib.

Mühəbbi bildirib:

“Hörmüz boğazı artıq yalnız dəniz keçidi deyil, qlobal düzənin və müharibə ilə bağlı proseslərin gedişatını müəyyən edən əsas amillərdən birinə çevrilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az