logo
logo logo
logo

İdlibdə güclü partlayış - 14 nəfər həlak oldu

18:22 - 09 Sentyabr 2026

İdlibdə güclü partlayış - 14 nəfər həlak oldu

Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində müharibə qalıqlarının toplandığı anbarda güclü partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Yerli mənbələrin məlumatına görə, İdlibin Sərmədə rayonu yaxınlığında müharibədən qalmış sursatların toplandığı anbarda hələlik müəyyənləşdirilməyən səbəbdən güclü partlayış baş verib.

Partlayışdan sonra çox sayda təcili tibbi yardım maşını hadisə yerinə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az