logo
logo logo
logo

Kabardin-Balkarda həlak olan alpinistlərin sayı ARTDI

19:52 - 09 Sentyabr 2026

Kabardin-Balkarda həlak olan alpinistlərin sayı ARTDI

Kabardin-Balkar Respublikasının Bezengi dərəsində axtarış-xilasetmə əməliyyatı nəticəsində daha üç alpinistin meyiti aşkarlanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bununla da Mijirgi dağında qar uçqunu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

"Hazırda üç alpinistin taleyi məlum deyil", - məlumatda bildirilir.

Həlak olanların meyitləri helikopterlə Nalçikə aparılıb və hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupuna təhvil verilib.

Bezengi dərəsində qar və buz kütləsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az