logo
logo logo
logo

Güclü yağışlar sel və sürüşmələrə səbəb oldu - 1 nəfər öldü

23:10 - 09 Sentyabr 2026

Güclü yağışlar sel və sürüşmələrə səbəb oldu - 1 nəfər öldü

Yaponiyanın Şizuoka prefekturasında yağan güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib.

Aichi prefekturasının Naqoya şəhərində isə sel və daşqınlar nəticəsində xəsarət alanların sayı 41-ə çatıb. Naqoyada təxminən 3 500 nəfər təxliyə mərkəzlərinə yerləşdirilib, 200 avtomobil su altında qalıb.

Yaponiya Meteorologiya Agentliyi ölkənin geniş ərazisində güclü yağışların sabahadək davam edəcəyinin gözlənildiyini açıqlayıb. Qurum əhalini torpaq sürüşmələri, çayların məcrasından çıxması və alçaq ərazilərdə baş verə biləcək daşqınlarla bağlı diqqətli olmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az