logo
logo logo
logo

Qızılcadan ölən uşaqların sayı 999 oldu

23:18 - 09 Sentyabr 2026

Qızılcadan ölən uşaqların sayı 999 oldu

Banqladeşdə mart ayının ortalarından etibarən davam edən qızılca epidemiyası zamanı xəstəliyə yoluxma şübhəsi ilə həyatını itirən uşaqların sayı artıb.


Manset.az xarici mediaya istinadən Banqladeş Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədə davam edən qızılca epidemiyası ilə bağlı açıqlama yayıb.

Məlumata görə, ilin əvvəlindən etibarən qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayı dünənə olan məlumata əsasən 999-a çatıb.

Son bir ay ərzində 100-dən çox uşağın xəstəlik səbəbindən öldüyü ölkədə mart ayından bəri 166 mindən çox qızılca şübhəli hal qeydə alınıb.

Ölkədə mart ayında başlanılan təcili peyvəndləmə kampaniyasının ilk mərhələsində 6 aydan 5 yaşadək uşaqlara üstünlük verilib. Daha sonra peyvəndləmə prosesi mərhələli şəkildə genişləndirilərək ölkə ərazisinin tamamını əhatə edib.

Sətəlcəm və ensefalitə səbəb ola bilən qızılca dünyada peyvənd vasitəsilə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az