logo
logo logo
logo

Qatarla yük maşını toqquşdu - Ölən və xəsarət alanlar var

23:38 - 09 Sentyabr 2026

Qatarla yük maşını toqquşdu - Ölən və xəsarət alanlar var

Polşanın mərkəzi hissəsində yerləşən Mazovetski vilayətində təxminən 120 sərnişinin olduğu qatar dəmiryol keçidində yük maşını ilə toqquşub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qatarın relsdən çıxması nəticəsində 1 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.

Polşa mətbuatının məlumatına görə, qəza Mazovetski vilayətinin Sokolniki-Suxe kəndində yerli vaxtla saat 11:25 radələrində baş verib. Lyublin şəhərindən Şetsinə gedən və təxminən 120 sərnişinin olduğu qatar dəmiryol keçidinə daxil olan yük maşını ilə toqquşub.

Hadisə yerinə göndərilən təcili yardım xidmətlərinin əməkdaşları ilkin olaraq qəza nəticəsində 4-ü ağır olmaqla 20 nəfərin yaralandığını bildiriblər. Mazovetski yanğınsöndürmə xidmətinə istinadən yayılan məlumatlarda xəstəxanaya çatdırılan ağır yaralılardan birinin həyatını itirdiyi qeyd olunub. Ağır yaralananlar arasında qatarın maşinisti, yük maşınının sürücüsü və iki sərnişinin olduğu bildirilib.

Qəza səbəbindən Volanov ilə Pşisuha arasındakı qatarların hərəkəti dayandırılıb. Hadisə yerində müvafiq qurumların işlərinin davam etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az