ABŞ Prezidenti Tramp Vaşinqtondan Texasa yola düşməzdən əvvəl hava limanında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə “möhtəşəm” telefon danışığı apardığını bildirərək, Putinin “razılaşma əldə etmək istədiyini” deyib.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığı ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz möhtəşəm söhbət etdik. O, razılaşma əldə etmək istəyir. Əgər Zelenski də razılaşma əldə etmək istəsə, bu, çox yaxşı olar”.