ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin ölkədə keçiriləcək seçkilərdən dərhal sonra başa çatacağını bəyan edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağ Evin yutub kanalında yayımlanan çıxışında bildirib ki, Tehran bu müddətədək müqavimət göstərə bilməyəcək.
Trampın sözlərinə görə, İran seçki prosesinə təsir etməyə çalışır:
“İran rəhbərliyi amerikalıların başında onları rahat buraxacaq zəif bir komandanın qalmasını istəyir. Bu isə onlara nüvə silahı əldə etmək imkanı yarada bilər”.