LG smart televizorlarında ortaya çıxan dinləmə və məlumatların toplanması qalmaqalı böyüyür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə türkiyəli mütəxəssis Osman Demircan cihazların ekranı söndürülmüş vəziyyətdə belə məlumatları necə topladığını açıqlayıb.
Gamers Nexus və müstəqil kibertəhlükəsizlik tədqiqatçılarının yaydığı son araşdırmalar göstərib ki, webOS əməliyyat sistemi ilə işləyən LG smart televizorları, o cümlədən G5 seriyasına daxil olan OLED modelləri ekran söndürülmüş vəziyyətdə belə daxili mikrofon vasitəsilə ətrafdakı səsləri qeydə alır, ev şəbəkəsindəki cihazları skan edir və toplanan məlumatları LG-nin hədəfli reklam bölməsi olan LG Ad Solutions-a ötürür.
İnternet bağlantısı kəsilsə belə, məlumatları yaddaşda saxlayan və ilk bağlantı zamanı serverlərə göndərən bu sistem ağıllı ev cihazlarında məlumatların məxfiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.