Konqoda "Ebola" epidemiyası can almaqda davam edir. Ölkənin Səhiyyə Nazirliyinin açıqladığı son rəsmi statistikaya əsasən, infeksiya nəticəsində həyatını itirənlərin sayı 3 267 nəfərə çatıb.
Manset.az xəbər verir ki, hazırda virus 6 əyalətin 61 yaşayış məntəqəsində aktiv şəkildə yayılmaqdadır.
Epidemiyanın gedişatını əks etdirən əsas göstəricilər isə aşağıdakı kimidir:
-Təsdiqlənmiş ümumi hallar: 6 757 nəfər
-Vəfat edənlər: 3 267 nəfər
-Sağalanlar: 1 590 nəfər
-Ölüm faizi: 48,3%
Son 24 saat ərzində yeni heç bir ərazidə yoluxma qeydə alınmayıb, daha 27 xəstə isə müalicə olunaraq sağalıb.
Cənubi Kivu əyalətində isə artıq 98 gündür ki, "Ebola"ya yoluxan olmayıb.