Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə dron zərbəsi nəticəsində 3 nəfər ölüb.
Manset.az Unian-a istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Pavloqradda yaralıların sayı isə 34-ə çatıb.
Rəsmi məlumata görə, hücum nəticəsində avtomobillər, mağazalar yanır.