Niderland Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) ölkədə bu il 18 nəfərin Qərbi Nil virusuna yoluxduğunu, onlardan 3-nün virus səbəbindən həyatını itirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, RIVM-in yaydığı məlumata görə, Niderlandda ötən həftədən etibarən daha 9 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.
Beləliklə, bu il ölkədə virusa yoluxanların ümumi sayı 18-ə, virus səbəbindən ölənlərin sayı isə 3-ə yüksəlib.
Məlumata əsasən, sözügedən hallar Niderland ərazisində baş verən yoluxmalar nəticəsində qeydə alınıb.
Virusla bağlı hallar Utrext, Şimali Brabant, Şimali Hollandiya, Cənubi Hollandiya, Overeyssel və Gelderland əyalətlərində aşkarlanıb.