Yəməndə İranın dəstəklədiyi husilər strateji əhəmiyyət daşıyan Moxa şəhərinə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərlə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Yəmən hökuməti arasında ölkənin şimal, qərb və mərkəzi bölgələrində şiddətli toqquşmalar davam edir.
Husi silahlıları Qırmızı dəniz sahilində yerləşən, mühüm strateji əhəmiyyətə malik Moxa şəhərinə nəzarəti ələ keçirdiklərini və strateji Babülməndəb boğazına yaxınlaşdıqlarını bildiriblər.
Beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti isə bununla bağlı hələlik açıqlama verməyib.