ABŞ-yə uçan sərnişin təyyarəsində daha çox alkoqol istəyən qadın kabin heyəti ilə mübahisə edib və əməkdaşlara hücum edib.
Manset.az bakuws-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də Milandan Nyuark şəhərinə uçan "United Airlines" təyyarəsində baş verib.
37 yaşlı Rusiya vətəndaşı Kristina Kedişevanın əlavə içki tələbi rədd edildikdən sonra aqressiv davrandığı və təhlükəsizlik kəmərini taxmaqdan imtina etdiyi bildirilib. Onu sakitləşdirməyə çalışan kabin əməkdaşlarından birini dişlədiyi, digərini isə təpiklə vurduğu iddia olunur.
Hadisə səbəbilə təyyarə marşrutunu dəyişərək Men ştatının Banqor şəhərindəki hava limanına təcili eniş edib. Qadın burada polis tərəfindən saxlanılıb. O isə ittihamları rədd edərək hadisə zamanı baş verən fiziki müdaxiləni xatırlamadığını deyib.