ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, münaqişənin noyabrda ölkəsində keçiriləcək aralıq seçkilərə göstərə biləcəyi təsirə baxmayaraq, İrana qarşı müharibəyə başlamaq qərarından peşman deyil.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp müsahibəsində İranla bağlı müharibənin seçkilərin nəticələrinə təsir göstərə biləcəyi ehtimalına görə peşman olub-olmadığı barədə suala belə cavab verib: "Mən “peşmançılıq” sözünə inanmıram. İnsan həmişə özünə müəyyən suallar verə bilər".