Şahzadə Diananın, o vaxtkı şahzadə Çarlzın evlilikləri dövründə xəyanət etdiyini etiraf etdiyi sənədli filmin yayımlanmasından bir neçə saat sonra Londondakı tədbirdə geyindiyi məşhur libas hərraca çıxarılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Diananın 1994-cü ildə dizayner Kristina Stambolian tərəfindən xüsusi hazırlanan qara ipək gecə libası ilə "Serpentine" qalereyasına gəlişi pop-mədəniyyətin unudulmaz anlarından birinə çevrilmişdi.
"Sotheby's" hərrac evi dekabrın 9-da satışa çıxarılacaq geyimin 300 000 dollara (220 000 funt-sterlinq) qədər qiymətə alıcı tapacağını gözləyir.