Bursanın Mudanya rayonunda qayıqdan dənizə girdiyi bildirilən şəxsin meyiti tapılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Uzunyalı çimərliyində baş verib.
Qayıqdan dənizə girdikdən sonra suyun səthində hərəkətsiz vəziyyətdə qalan bir şəxsi görən ətrafdakılar Təcili Çağrı Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə tibb və polis əməkdaşları cəlb olunub.
Həmin şəxs dəniz polisi tərəfindən sudan çıxarılaraq sahilə gətirilib.
Tibb qruplarının müayinəsi nəticəsində öldüyü təsdiqlənən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində işlərə başlanılıb.