logo
logo logo
logo

Rusiyanın zavod və aerodromu vuruldu

10:06 - 12 Sentyabr 2026

Rusiyanın zavod və aerodromu vuruldu

Rusiyanın iki şəhəri PUA-ların hücumuna məruz qalıb.


Manset.az xəbər verir ki, sentyabrın 12-nə keçən gecə Rusiyanın Samara və Rostov vilayətlərində yerləşən iki şəhəri – Tolyatti və Taqanroqun pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığı bildirilir.

Məlumata görə, hücum zamanı Tolyatti və Taqanroqda müxtəlif obyektlərin hədəfə alındığı ehtimal olunur. Onların arasında kimya zavodu, hərbi aerodrom və avtomobil zavodunun olduğu bildirilir. Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bölgədə 70-dən çox PUA-nın məhv edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Taqanroqda PUA qalıqlarının düşməsi nəticəsində mağaza binasında yanğın baş verib.

Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az