Fransada Ruan-Kan marşrutu ilə hərəkət edən sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb.
Manset.az-ın BFM-ə istinadən məlumatına görə, Fransanın nəqliyyat naziri Filipp Tabarot bildirib ki, qatarda 180 sərnişin olub.
Ruan prokurorluğunun məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma başlanıb.