logo
logo logo
logo

Türkiyədə ağır yol qəzası - Onlarla insan xəsarət aldı

08:50 - 13 Sentyabr 2026

Türkiyədə ağır yol qəzası - Onlarla insan xəsarət aldı

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb.


Bu barədə Manset.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər - ümumilikdə 21 nəfər yaralanıb.

Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az