logo
logo logo
logo

İspaniya Qran Prisinin də qalibi o oldu 

20:00 - 13 Sentyabr 2026

İspaniya Qran Prisinin də qalibi o oldu 

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula-1” üzrə 2026-cı il dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran Prisinin qalibi olub.


Manset.az xəbər verir ki, Madridin “Madring” şəhər trasında keçirilən yarışda ikinci yeri “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen tutub.

Üçüncü yerdə isə “Maklaren”in britaniyalı pilotu Lando Norris dayanır.

Qeyd edək ki, İspaniya Qran Prisi ilk dəfə Madriddə təşkil olunub. 1991-ci ildən bəri bu mərhələyə Barselona avtodromu ev sahibliyi edirdi.

Çempionatın növbəti mərhələsi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.

Xatırladaq ki, 19 yaşlı italiyalı pilot Kimi Antonelli “Formula 1” üzrə 2026-cı il dünya çempionatının üçüncü raundunda, Yaponiya Qran-prisində də qalib gəlib. /Qafqazinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az