İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib.
Son məlumatlara əsasən, əməliyyata 622 nəfər və təxminən 12 gəmi cəlb edilib.
Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olmuş, daha 107 sərnişin və ekipaj üzvü xilas edilib.
Göyərtəsində 243 nəfərin olduğu Virgo Transport 8 gəmisi həftə sonunda güclü fırtına zamanı itkin düşüb.
Hadisənin səbəbləri araşdırılır.