Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseydə silahlı hücum törədilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki,nəticəsində iki şagird ağır yaralanıb. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətkarın əlində silahla məktəbə tərəf irəliləməsi və daha sonra hadisə yerindən qaçması təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Hadisə Turgutlu rayonunun Albayrak məhəlləsində yerləşən "İnci Üzmez" peşə liseyinin önündə baş verib. Məlumata görə, naməlum şəxs əlində silahla təhsil müəssisəsinin qarşısına gələrək ətrafa atəş açmağa başlayıb. Bu zaman dərsə gedən iki şagird güllə yarası alıb.
Hadisə barədə daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə təcili tibbi yardım və polis briqadaları cəlb edilib. Yaralılar təxirəsalınmaz olaraq xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini təhlil edərək hücum edən şəxsin şəxsiyyətini müəyyənləşdirib və onu qısa müddətdə nəzarətə götürüblər.