Türkiyənin Amasya vilayətində sərnişin avtobusunun dəmir çəpərlərə çırpılaraq yoldan çıxıəb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində ilkin məlumatlara görə 24 nəfər yaralanıb.
İstanbuldan Ağrı istiqamətində hərəkətdə olan M.S.-nin idarə etdiyi 04 ABG 628 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Gökcəbağ ərazisində idarəetmədən çıxaraq əkin sahəsinə aşıb.
Hadisə barədə daxil olan məlumat əsasında qəza yerinə dərhal polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Xəsarət alan 24 nəfər təxirəsalınmaz olaraq Merzifon Dövlət Xəstəxanasına çatdırılıb.