logo
logo logo
logo

Yaponiyada 1,9 milyon nəfər təxliyə edildi

11:44 - 22 Sentyabr 2026

Yaponiyada 1,9 milyon nəfər təxliyə edildi

Yaponiyada Sakit okean sahillərinə doğru irəliləyən "Dujuan" tayfunu səbəbindən 2 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tokionun Haneda hava limanında nəqliyyatın hərəkəti iflic olub, aviaşirkətlər fırtına təhlükəsizliyi tədbirləri çərçivəsində ümumilikdə 275 uçuşu qarşılıqlı olaraq ləğv etdiklərini bəyan ediblər.

Məlumata görə, Yaponiya Meteorologiya Agentliyi "Dujuan" tayfununun ölkənin mərkəzi və şərqindəki Sakit okean sahillərinə doğru hərəkət etdiyini açıqlayıb.

Tayfunun yarada biləcəyi güclü leysan yağışları və torpaq sürüşməsi təhlükəsinə qarşı paytaxt Tokiodan 100 kilometr cənubda yerləşən İzu arxipelaqının ən böyük adası - İzu Oşimada ən yüksək səviyyəli həyəcan siqnalı verilib.

Ölkə üzrə 5 günlük istirahət günlərinə təsadüf edən tayfun ucbatından paytaxt Tokioda nəqliyyat sisteminin işində ciddi axsamalar yaranıb, planlaşdırılan bir sıra kütləvi tədbirlər isə təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az