logo
logo logo
logo

Böyük kriptovalyuta birjası sındırıldı - 351 milyon dollar oğurlandı 

14:30 - 25 Sentyabr 2026

Böyük kriptovalyuta birjası sındırıldı - 351 milyon dollar oğurlandı 

Böyük kriptovalyuta birjalarından biri olan "Bitget" haker hücumuna məruz qalıb. Kibercinayətkarlar platformanın bəzi isti kriptovalyuta cüzdanlarına giriş əldə edərək 351 milyon dollardan çox vəsait oğurlayıblar.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Bitget"in baş direktoru Qreysi Çen "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 24-də şirkətin təhlükəsizlik sistemi bəzi isti cüzdanlardan şübhəli köçürmələr həyata keçirildiyini müəyyən edib. Hücum aşkarlanan zaman oğurlanan aktivlərin artıq "Ethereum" kriptovalyutasına çevrildiyi məlum olub.

İlkin hesablamalara əsasən, oğurlanan vəsaitin ümumi dəyəri təxminən 351,6 milyon dollar təşkil edib.

Hücum zamanı "Bitget"in soyuq cüzdanlarına müdaxilə edilməyib. Bu cüzdanlarda kriptovalyuta aktivlərinin əsas hissəsi internetə daimi bağlantı olmadan saxlanılır.

Təhlükəsizlik tədbiri olaraq kriptovalyuta birjasında vəsaitlərin çıxarılması müvəqqəti dayandırılıb.

"Bitget" rəhbərinin açıqlamasına görə, istifadəçilərə dəyən zərərin xüsusi fond hesabına kompensasiya edilməsi planlaşdırılır. Şirkətin həmin fondunda 464 milyon dollardan çox vəsaitin olduğu bildirilir.

Qeyd edək ki, kriptovalyuta platformalarına qarşı hücumlar nəticəsində son illərdə böyük məbləğlərdə rəqəmsal aktivlər oğurlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az