logo
logo logo
logo

Avropa ölkəsində xəbərdarlıq - 3 günlük ərzaq və su ehtiyatı saxlayın 

13:44 - 27 Sentyabr 2026

Avropa ölkəsində xəbərdarlıq - 3 günlük ərzaq və su ehtiyatı saxlayın 

Niderland hakimiyyəti böhran vəziyyətlərinə hazırlıq proqramını genişləndirərək yerli sakinlərə üç günlük ərzaq, batareya və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu təlimatların yer aldığı xüsusi mobil xidmət istifadəyə verilib.

Qeyd olunur ki, tətbiq internetə çıxış olmadan da işləyir. Onu 60 mindən çox istifadəçi quraşdırıb. Həmçinin yaxın vaxtlarda ölkədə fövqəladə hallar barədə xəbərdarlıq sisteminin modernləşdirilməsi planlaşdırılır.

Daha əvvəl Litva Milli Böhran İdarəetmə Mərkəzinin (NЦУК) rəhbəri Vilmantas Vitkauskas bildirib ki, hakimiyyət mülki səfərbərlik ehtiyatını 100 min nəfərə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, siyahıya dövlət qulluqçuları, həkimlər, İT mütəxəssisləri, polis əməkdaşları, logistika, energetika və mühəndislik sahələri üzrə mütəxəssislər daxil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az