logo
logo logo
logo

Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi

15:10 - 27 Sentyabr 2026

Xəzərdəki təlimdə həlak olan hərbçilər təltif edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra təltif edib.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu göstərdiyi şücaət və fədakarlığa görə “Aybın” ordeninin 2-ci dərəcəsi (Bauırjan Momışulı adına) ilə təltif edilib.

Eyni hərbi hissənin daha 13 hərbi qulluqçusu ölümündən sonra “Aybın” ordeninin 3-cü dərəcəsi (Raximjan Qoşkarbayev adına) ilə təltif olunub. Onların arasında bölmə komandirləri, dənizçilər və mütəxəssislər var.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az