İranın uranı 60%-ə qədər zənginləşdirməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir və Tehranın nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərinə tam uyğundur.
Manset.az "Report"-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalının efirində bildirib.
"Biz uranı dinc məqsədlər üçün 60%-ə qədər zənginləşdiririk və bu, nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərimizə uyğundur. Biz müqaviləni pozmuruq", - o, deyib.