Yəməndə İranın dəstəklədiyi husilərlə beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətə bağlı qüvvələr arasında toqquşmalar yenidən şiddətlənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ədən körfəzi ilə Qırmızı dənizi birləşdirən strateji Babül-Məndəb boğazı ətrafına qədər yayılan toqquşmalardan sonra Yəmən parlamenti hökumətin elan etdiyi ümumi səfərbərlik çağırışını təsdiqləyib.
Ölkədə 2026-cı ilin iyulundan bəri ən gərgin günlərin yaşandığı bildirilir. Parlamentin qərarı ilə ölkədə rəsmi olaraq “ümumi səfərbərlik” elan edilib.