İstanbulun Başakşehir rayonunda yerləşən Kayaşehir Şeyx Şamil İmam Xətib Orta Məktəbində şagirdlər arasında baş verən mübahisə bıçaqlı hücuma çevrilib. Hadisə nəticəsində 8 şagird bıçaq xəsarəti alıb.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yaralanan şagirdlərin səhhəti ilə bağlı açıqlama verən Səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır, ikisinin vəziyyəti isə orta-ağırdır.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Yaralı şagirdlər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.