logo
logo logo
logo

Ağ Evdən "Microsoft"a məhdudiyyət – Xarici işçilərlə bağlı yeni qərar 

17:29 - 09 Oktyabr 2026

Ağ Evdən \"Microsoft\"a məhdudiyyət – Xarici işçilərlə bağlı yeni qərar 

Ağ Ev “Microsoft” və bir sıra texnologiya şirkətlərinin geniş yayılmış viza proqramı vasitəsilə xarici ixtisaslı işçiləri daimi işə qəbul etməsinə məhdudiyyət qoyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev daha əvvəl də xarici işçilər və miqrasiya məsələləri ilə bağlı sərt mövqe nümayiş etdirib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens cümə axşamı “Microsoft” və digər şirkətləri H-1B viza proqramından, eləcə də xarici işçilərin ABŞ-da daimi yaşamaq hüququ əldə etməsinə imkan verən prosedurdan sui-istifadə etməkdə ittiham edib.

Vens ABŞ-ın ən dəyərli şirkətlərindən biri olan “Microsoft”un amerikalı işçiləri əcnəbi müqaviləli işçilərlə əvəz etdiyini iddia edib. O, heç bir ABŞ şirkətinin bu sistemdən “Microsoft” qədər sui-istifadə etmədiyini bildirib.

Vitse-prezident “Adobe”, “Cognizant”, “Infosys”, “Tata”, “Wipro”, “HCL” və “Capgemini” şirkətlərinə qarşı da oxşar ittihamlar səsləndirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az