logo
logo logo
logo

Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirildi

23:54 - 12 Oktyabr 2026

Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirildi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.


Manset.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi şəhər sakinlərini təhlükəsizlik üzrə rəsmi təlimatlara riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və foto-video çəkilişlərindən çəkinməyə çağırıb.

Daha əvvəl Səudiyyə Ərəbistanının Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Milli Platforması Ər-Riyad sakinlərinə potensial təhlükə barədə bildiriş göndərib.

Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az