logo
logo logo
logo

Fransada kütləvi iğtişaşlar - 270-dən çox şəxs saxlanıldı

21:16 - 17 Oktyabr 2026

Fransada kütləvi iğtişaşlar - 270-dən çox şəxs saxlanıldı

Fransada davam edən irimiqyaslı nümayişlər fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 270-dən çox insanı saxlayıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin əsas böyük şəhərlərində genişmiqyaslı yürüşlər keçirilir.

Polisin məlumatına görə, Lion və Nant küçələrində təxminən 20 min, Renn şəhərində isə 10 minə yaxın nümayişçi toplaşıb.

“Ölkə ərazisində ümumilikdə 272 nəfərin saxlanıldığı qeydə alınıb”, – deyə telekanalın məlumatında bildirilir.

Qeyd edək ki, Fransada aksiyalar yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı keçirilir. Paytaxt Parisdə nümayişçilərlə polis əməkdaşları arasında sərt toqquşmalar baş verib. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.

Məlumata görə, Lion şəhərində də etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaza əl atıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az