logo
logo logo
logo

Putin üçtərəfli sammit keçirmək istəyir - Müharibəni bitirmək üçün

10:20 - 19 Oktyabr 2026

Putin üçtərəfli sammit keçirmək istəyir - Müharibəni bitirmək üçün

“The Wall Street Journal”ın məlumatına görə, Kreml Çinin Şençjen şəhərində noyabrın 18–19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş təşkil etməyi təklif edib.


Manset.az xəbər verir ki, nəşrin mənbələrinin bildirdiyinə görə, Vladimir Putin bu təşəbbüsü oktyabrın 9-da Donald Trampla telefon danışığı zamanı irəli sürüb.

Kremlin sözçüsü Dmitri Peskov da mümkün görüşlə bağlı danışıqların aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, görüşün baş tutub-tutmayacağı və mümkün gündəliyi barədə hələ aydınlıq olmasa da, “hər üç tərəf onun keçirilməsinin hipotetik mümkünlüyünü istisna etmir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az