logo
logo logo
logo

Maskdan "Starlink"ə məhdudiyyət - Ukrayna dronları təhlükədə   

11:02 - 21 Oktyabr 2026

Maskdan \"Starlink\"ə məhdudiyyət - Ukrayna dronları təhlükədə   

ABŞ-li milyarder İlon Maskın "Starlink"in Ukrayna ordusunu təmin etdiyi internet xidmətinin sürətini azaltmaq barədə göstəriş verdiyi iddia olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinə danışan və məsələ ilə bağlı məlumatlı olan mənbələr Maskın sahibi olduğu SpaceX şirkətinə məxsus "Starlink" peyk sisteminin Ukraynada internet sürətini azaltmaq barədə göstəriş verdiyini bildiriblər.

Mənbələrin iddiasına görə, ötən həftə Mask Ukrayna istehsalı olan avadanlıqların peyk şəbəkəsinə qoşularkən istifadə edə biləcəyi sürəti məhdudlaşdırıb. Bunun nəticəsində bəzi hücum və ələkeçirmə təyinatlı pilotsuz uçuş aparatları, demək olar ki, yararsız vəziyyətə düşüb.

Mənbələrdən ikisi bildirib ki, yavaşlamanın ictimaiyyətə məlum olmasından qısa müddət sonra Maskla ABŞ Prezidenti Donald Tramp arasında bu qərarla bağlı telefon danışığı olub. Digər bir mənbə isə onların Starlink-in sürətinin azaldılması barədə qərar verilməzdən əvvəl də bu məsələni müzakirə etdiklərini iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az