logo
logo logo
logo

Uitkoff Putinlə görüşü konstruktiv adlandırıb

22:14 - 21 Oktyabr 2026

Uitkoff Putinlə görüşü konstruktiv adlandırıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü konstruktiv qiymətləndirib.


    Manset.az xəbər verir ki, bu barədə Uitkoff X sosial şəbəkəsində paylaşım edib.

    “Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Osloda əldə olunan irəliləyişləri möhkəmləndirməyə çalışdıq”, – o bildirib.

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, danışıqlar konstruktiv şəraitdə keçib və diplomatik təmaslar davam etdiriləcək.

    “Bu danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək”, – Uitkoff vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az